Bəzən heç kimə danışmadığın şeylər ürəyində yer edər... Sözlər boğazında düyünlənər, deyə bilməzsən. Səni bir zamanlar xoşbəxt edən insan indi yad biridir. Eyni göy üzünə baxarsınız, amma artıq eyni dünyada deyilsiniz kimi hiss edərsən.
Əllərini tutduğun o günləri xatırlayarsan, amma geri qayıtmaz. Sənin üçün "hər şey" olan biri, indi başqasının dünyası olar... Səndə isə sadəcə xatirələr qalar — ağrılı, səssiz, qırıq...
İnsan zamanla hər şeyə alışır deyirlər, amma bəzən bəzi yaralar sadəcə üzərinə susqunluq örtüyü çəkir, sağalmır...