? Hər kəsin həyatında “birinci addım” deyilən bir an olur. Mənim də indi ilk dəfədir ki, həyatımı sətirlərə tökürəm. Açığı, bir az həyəcanlıyam, çünki burda yazdıqlarım mənim bütün yaşadıqlarım, gizlətdiyim hislərim olacaq. Amma bir fərq var – mənim hekayəm nağıl kimi deyil, bəzən ağrılı, bəzən gülməli, bəzən də qarışıqdır. Atamı çox tez itirdim. Onun sevgisi vardı, amma əsəbləri daha çox yadımda qaldı. Mən uşaq idim, amma böyüklərin yükünü daşımalı oldum. Məktəbdən uzaq qaldım, amma özümə söz verdim ki, həyatdan uzaq qalmayacam. Hər çətinliyə baxmayaraq, güclü qalmağa çalışdım. Həmin vaxtlarda həyat mənə bir imtahan verdi – həm göz yaşları, həm də gülüşləri ilə. İşə girdim, gündə yorulsam da, özümü başqa cür hiss etməyə başladım. Ən əsası isə… kiminləsə tanış oldum. O insana görə mən işdən çıxanda evə gedən yol çox qısa gəlirdi. Hər dəfə məni ötürəndə sanki küçələrdə işıqlar bir az da çox yanırdı. ? Düzdür, əvvəl mən özümü gözəl görmürdüm, amma maraqlısı odur ki, o insan məni fərqli gördü. Mənim hər halımı sevdi – qısqananda, zarafat edəndə, hətta əsəbiləşəndə belə. Məsələn, bir dəfə yol pulumu xərcləmişdim (əlbəttə, mənim kimi qənaətcil birinə yaraşmayan hərəkət ?), amma içimdəki uşaq “eybi yox, ona görə dəyər” dedi. Və həqiqətən dəyərmiş. Bilirəm, hər şey mükəmməl deyil. Həyatda bəzən insanlar haqsız danışır, bəzən də anlaşılmazlıqlar olur. Amma mən öyrəndim ki, kimlərsə səni pis tanımaq istəyirsə, qoy istəsin. Çünki əslində səni tanıyan insanlar var – və onlar səni olduğu kimi qəbul edir. Bu gün mən xoşbəxtəm. Yanımda xüsusi biri var, mənim üçün dəyərli biri. Mən onun yanında dünyadan ayrılıram sanki – həm güvən, həm sakitlik, həm də uşaq kimi saf sevgi tapıram. Mənim üçün xoşbəxtlik böyük şeylərdə deyil. Sadəcə sadə bir “günaydın, gecən xeyrə , narahat olma” mesajında belə xoşbəxtlik var. ??
___