Bəzən susmaq danışmaqdan daha ağır gəlir. Deyə bilmədiklərimiz, içimizdə boğduqlarımız, elə bil ruhumuzun bir küncündə yığılıb qalır. Bu gün elə o susqun tərəfimlə yazıram. Bəlkə də sözlərə çevrilməyən hisslərin yazısıdır bu…
İçimdə bir təlatüm var – keçmişin izləri, bu günün sükutu və gələcəyin bilinməzliyi arasında ilişib qalmışam. İnsanlar dəyişir, yollar ayrılır, amma xatirələr qalır. Ən çox da o “niyə” sualları. Niyə belə oldu? Niyə bitdi? Niyə bu qədər düşündüm, amma deyə bilmədim?
Birini sevmək, amma onu qorumaq üçün ondan uzaqlaşmaq… bu, filmlərdə romantik görünə bilər. Gerçəkdə isə çox yaralayır. Düz etdiyini bilmək, amma yenə də acı çəkmək — çox qəribə bir hissdir.
Bu bloqu yazıram ki, içimdəki səssizliyə bir az səs verim. Bəlkə sən də oxuyanda özündən bir parça taparsan. Çünki hisslər insanları birləşdirir. Mən susduğum hər şeyi bu sətirlərlə danışıram